Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Qarşıya qoyulan tapşırıqlara uyğun olaraq, Ermənistan ərazisindən ermənilərin Qarabağa köçürülməsi davam edir. Bu missiya çərçivəsində son bir sutka ərzində daha 19 nəfər Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə qaçqın adı altında Xankəndinə gətirilib.
Ümumilikdə, ötən il noyabrın 14-dən bəri 5.700 “qaçqın erməni” rus qüvvələri tərəfindən Qarabağa qaytarılıb.