24 Fevral 2021 12:30
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən ərazilər arasında malların tranzitini təmin etməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Sosial obyektlər və yaşayış binalarının enerji və su təchizatı sistemlərinin bərpası məqsədilə 25 “KamAZ” və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Humanitar Reaksiya Mərkəzinin dördüncü kolonu Kəlbəcərə 180 tondan çox yük çatdırıb. Yükə elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və tikinti materialları daxildir.

“Yardım Azərbaycan tərəfinə Rusiya, Ermənistan və Azərbaycan arasında keçən il noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmanın şərtləri əsasında verilib”, - nazirliyin açıqlamasında bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər