9 Mart 2021 19:43
7 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan prezidenti Armen Sərkisyanı dolaşdırmağa çalışıblar. Ermənistanın hansısa xəbər saytı yayıb ki, guya Armen Sərkisyan ötən il noyabrın 17-də Bakıda olub. Armen Sərkisyanın təlimatı ilə Prezident Aparatı dərhal açıqlama yayaraq xəbərin dezinformasiya olduğunu, dövlət başçısının noyabrın 17-də Bakıda olmadığını, ümumiyyətlə həyatı boyu heç zaman Azərbaycan paytaxtında olmadığını bəyan edib. Açıqlamada daha sonra bildirilir ki, Armen Sərkisyan ötən ilin noyabrın 17-də Kanadanın Ermənistana yeni təyin olunan səfiri ilə görüşüb”.

Teleqraf.com xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu danışıb.

Ekspertin sözlərinə görə, guya onun Bakıda olması xəbəri prezidentə pis təsir edib:

“Təkzib açıqlamasını dərhal yaymaqla göstərmək istəyir ki, o məğlub olduğu ölkənin ayaqlarına getməzdi. Əsas sual budur: Sərkisyanın guya Bakıda olması xəbəri niyə yayılıb və bu kimin maraqlarına xidmət edir?

Böyük ehtimalla prezidentin nüfuzuna zərər vurmaq üçün xəbəri müxalifət dairələri yayıblar. Müxalifətin son günlər Armen Sərkisyandan narazılığı artır. Müxalifət hesab edir ki, baş nazir Nikol Paşinyanla baş qərargah rəisi Onik Qasparyan arasındakı qarşıdurmada Sərkisyan daha qətiyyətli mövqe tutmalı idi. Armen Sərkisyan isə Paşinyanın Qasparyanı istefaya göndərməsi sənədinə imza atmasa da, davam edən gərginlikdə məsuliyyət Konstitusiya Məhkəməsinin boynuna atmağa çalışır. Müxalifət prezidentin Konstitusiyaya görə məhdud səlahiyyətlərini nəzərə almaq istəmir. Ona görə də müxalifət və onun nəzarətindəki saytlar Paşinyandan sonra Sərkisyanı da hədəf götürüb”.

Elxan Şahinoğlu qeyd edib ki, onlar baş naziri nüfuzdan salmaq üçün “Paşinyan türkdür” şüarlarını səsləndirirlər, Armen Sərkisyan haqqında isə “prezident Bakıda olub” dezinformasiyasını yayırlar: “Oyun davam edir. Ermənistan daxilində informasiya (əslində dezinformasiya) müharibəsinin hədəfləri və miqyası getdikcə böyüyür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər