6 Aprel 2021 14:57
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər 30 il ərzində işğal altında saxladıqları Azərbaycan ərazilərində böyük dağıntılar törədiblər.

Teleqraf.com-un məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Ağdama səfəri çərçivəsində Pakistanın daimi nümayəndəsi Rizvan Səid Şeyx deyib.

Nümayəndə qeyd edib ki, bu miqyasda dağıntılar təəssüf doğurur: “30 il ərzində ermənilər tərəfindən törədilmiş böyük dağıntıları öz gözlərimizlə görməyə gəlmişik. İƏT, Pakistan hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycana öz siyasi dəstəyini göstərib.

Mən Təmas Qrupunun üzvü kimi Azərbaycan xalqını müharibədə əldə etdiyi qələbə münasibətilə təbrik edirəm. Gələn il İslamabadda İƏT xarici işlər nazirlərinin görüşü keçiriləcək və həmin görüşdə biz gördüklərimiz barədə məruzə edəcəyik və bütün İƏT-ə üzv ölkələri işğaldan azad edilmiş ərazilərin bərpasına kömək göstərməyə çağıracağıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər