Vətən müharibəsində ağır yaralanan hərbçimiz dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.
Onların sözlərinə görə, Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi sakini Hüseyn Xəlilov həkimlərin səyinə baxmayaraq, bu gün vəfat edib. H.Xəlilov Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanmışdı.
Allah rəhmət eləsin!