28 Aprel 2021 10:12
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Torpaqlarımız işğaldan azad olunub və məhkəmələr bütün infrastruktur bərpa olunduqdan, soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra yenidən öz ərazilərində fəaliyyət göstərəcək".

Teleqraf.com-un xəbərinə görə, bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.

Onun sözlərinə görə, gələcəkdə həmin bölgədə aidiyyatı yeni regional apellyasiya və ixtisaslaşmış - kommersiya, inzibati, ağır cinayətlər, hərbi məhkəmələrin yaradılması nəzərdə tutulur:

"Onu da bildirim ki, hazırda işğal nəticəsində ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi və onların fəaliyyətinin bərpası ilə bağlı zəruri tədbirlər görülür".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər