Qida xidmətinin mütəxəssisləri Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti üçün Pasxa süfrəsi hazırlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin əsas dislokasiya məntəqəsində İsa Məsihin dirilişinin qeyd olunmasına hazırlıqlar başlayıb.
“Pasxa ərəfəsində hərbçilər üçün Pasxa kuliçləri və Pasxa yumurtaları hazırlanıb və təqdim olunub. Bayram yeməyi hazırlandıqdan sonra Rusiya sülhməramlı kontingenti komandirinin inanclı hərbçilərlə iş üzrə köməkçisi Boris Qrişin Ata kuliçlərin müqəddəsləşdirilməsi mərasimini keçirib”, – deyə məlumatda qeyd olunub.
Ümumilikdə Rusiya sülhməramlıları üçün 2000 ədəd kuliç hazırlanıb. Onlar gün ərzində həm Laçın dəhlizində, həm də tərəflər arasındakı ayırıcı məntəqələrdə qurulan 27 müşahidə məntəqəsinin hər birinə çatdırılacaq. Həmçinin, gün ərzində bayram süfrəsi bəzənəcək.