9 May 2021 17:44
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) 9 May - Faşizm üzərində Qələbə Günü münasibəti ilə bağlı bəyanat yayıb.

Teleqraf.com bəyanatın mətnini təqdim edir:

“Bu gün faşizm üzərində Qələbənin 76 ili tamam olur. İkinci Dünya müharibəsində alman-faşist işğalçılarına qarşı mübarizədə Azərbaycan xalqı ön və arxa cəbhədə şücaət və igidliklər göstərərək, ümumbəşəri borcunu ləyaqətlə yerinə yetirmiş, tarixi Qələbənin qazanılmasına öz dəyərli töhfələrini vermişdir. Azərbaycanın 600 mindən çox igid oğul və qızının yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçmiş, eyni zamanda xalqımızın çoxəsrlik qəhrəmanlıq salnaməsinə şanlı səhifələr yazmışdır. Sovet İttifaqı qəhrəmanlarından 170 nəfərinin Azərbaycanın nümayəndələri olması xalqımızın qürur mənbəyidir.

Azərbaycanın bizim ümumi Qələbəmizə böyük töhfə verdiyini vurğulayan Prezident İlham Əliyev Bakı neftçilərinin İkinci Dünya müharibəsindəki fəaliyyətini yüksək qiymətləndirmişdir: "Bunu demək kifayətdir ki, ümumi Qələbəmiz üçün tələb olunan yanacağın çox böyük hissəsini - neftin 70 faizini, benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Bakı təmin edirdi. Bu potensial olmasaydı, faşist Almaniyasına qalib gəlmək çox çətin olardı”.

Bu gün ölkəmizdə ön və arxa cəbhə veteranları, onların ailələri dövlət başçısı səviyyəsində yüksək qayğı və diqqətlə əhatə olunmuşlar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim qəhrəmanlıq salnaməmizə imzalarını atmış veteranlara yüksək dəyər verir, onlara diqqət və qayğısını əsirgəmir, sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır.

İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlığı və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər