13 May 2021 11:37
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə Şuşaya səfəri zamanı “Azərenerji” ASC tərəfindən yeni tikilən 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışını edib.

Teleqraf.com xəbər verir ki, "Azərenerji" inşa etdiyi 110/35/10 kilovoltluq yeni yarımstansiya Şuşanın Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün böyük əhəmiyyət daşıyır.

Belə ki, Şuşa şəhərinin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulub. Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. Şuşanın milli ornamentləri qorunmaqla müasir üslubda inşa ediləсək yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb.

Xatırladaq ki, işğaldan azad olunan ərazilərin böyük hissəsinin, o cümlədən “Şuşa” yarımstansiyasının Azərbaycanın ümumi enerjisisteminə qoşulması üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub və yarımstansiyaya İmişlidən 110 kilovoltluq 51 km məsafədə yeni xətt gətirilib. Ən əsası isə Füzulidən Şuşaya 75 km məsafədə 110 kilovoltluq ikidövrəli “Şuşa-1”, “Şuşa-2” hava elektrik xətləri çəkilib. Artıq hava elektrik verilişi xəttində işlər tam yekunlaşmaq üzrədir.

Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndindən keçən yüksəkgərginlikli hava xətti ən çətin dağlıq, meşəlik relyefdə, qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilib.

Bundan əlavə "Azərenerji" işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşası ilə də bağlı işlər həyata keçirir.

“Report” “Şuşa” yarımstansiyasının görüntülərini təqdim edir:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər