“İkinci Qarabağ Müharibəsi zamanı İrana keçən 160 erməni hərbçini Tehran hələ də girov saxlayır”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.
Jurnalist iranlı generalların İrəvana səfərində bu məsələnin müzakirə olunduğunu bildirib:
“İran və Ermənistanın əsla açıqlamaq istəmədikləri, gizlətdikləri bir məqam var. Belə ki, İkinci Qarabağ Müharibəsi zamanı İrana keçən 160 erməni hərbçini Tehran hələ də girov saxlayır. Bu yaxınlarda İranın yüksək rütbəli hərbçilərindən ibarət nümayəndə heyətinin İrəvana rəsmi səfərində müzakirə olunan məsələlər arasında həmin girovların taleyi də vardı.
Tehran 160 ermənini “məccani, müftə-müsəlləm” geri qaytarmaq niyyətində deyil və Ermənistan qarşısında şərtlər qoyub”.