İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistanın işğalından azad olunan Zəngilan rayonuna səfər edib.
Teleqraf.com xəbər verir ki, diplomat “Smart City” layihəsi çərçivəsində Zəngilanda südçülük təsərrüfatının yaradılacağı əraziyə baş çəkib.
“Burada İsrail texnologiyasından istifadə edilərək, süd istehsal olunan bir müəssisə yaradılacaq”, - C.Dik səfərlə bağlı videomüraciətdə bildirib.