13 İyun 2021 19:44
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində olub.

Teleqraf.com-un məlumatına görə, bu barədə səfir özünün tvitter səhifəsində paylaşım edib.

“Cənab Prezidentimizin səfərindən öncə təhlillər üçün Şuşadayıq. Bu gün azad Qarabağın havası ilə nəfəs aldıq. Görərək və yaşayaraq deyirik ki, Şuşa Qarabağın ürəyi və Azərbaycanın tacıdır. Qarabağ Azərbaycandır!”, - səfir qeyd edib.


Müəllif: Teleqraf.com