“Bizə nə dedilər? Suriyada, Liviyada, Qarabağda, Şərqi Aralıq dənizində nə işiniz var?”
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bunu deyənlər ya dünyadan xəbərsizdir, ya da düşmən qılıncını çəkməkdədir. Biz buralarda varıq və olmaqda davam edəcəyik. Allah qismət etsə iyulun 20-də Şirmali Kipr Türk Respublikasına gedəcəyəm, geniş tərkibdə görüşlər keçirəcəyik. Avropa Komissiyasının sədri ilə danışırıq, deyir ki, eşitdim Kiprə gedirsiniz, bəlkə oradan sərt mesajlar verməsəniz. Dedim ki, necə mesajlar verəcəyimizi də mənə deyin, mən o mətni orada oxuyum. Yəni bunlar kimin kim olduğunu öyrənə bilməyiblər. Mən bu millətin bir övladıyam. Sən Ərdoğanın nə zamandan bəri təlimatla danışdığını öyrəndin?”. - Türkiyə prezidenti söyləyib.