Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Teleqraf.com Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edilir ki, dövlət başçıları telefon danışığının gedişatında Ukrayna, Liviya və Qarabağı müzakirə ediblər. Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə reallaşıb.