Dağlıq Qarabağdakı Rusiya Humanitar Reaksiya Mərkəzi 2 mindən çox humanitar aksiya çərçivəsində ümumi çəkisi 30,2 tondan çox olan zəruri əşyaların, qida dəstlərinin, dərmanların ehtiyac duyanlara çatdırılmasını həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rus hərbi həkimlər Dağlıq Qarabağın 1500-dən çox sakininə tibbi yardım göstəriblər. Xəstəxanalara və kənd tibb məntəqələrinə 2810 kq əsas dərman, septiklər, sarğı materialları və digər ləvazimatlar verilib. Şəhər xəstəxanalarına 600 vahiddən çox müxtəlif tibbi avadanlıqlar paylanıb”, - deyə məlumatda qeyd olunur.
Bildirilib ki, 80 km-dən çox elektrik xətti, 30-dan çox transformator yarımstansiyası bərpa edilib ki, bu da 63 yaşayış məntəqəsini elektrik enerjisi ilə təmin etməyə imkan verib. Yeni su kəmərlərinin çəkilməsi sayəsində 14 yaşayış məntəqəsi su ilə təmin olunur.
Həmçinin, 1750-dən çox inanclı insanın birbaşa sərhəd xəttinin yaxınlığındakı məbədlərə müşayiət olunması həyata keçirilib.
"Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən, Rusiya hərbi mühəndisləri və Beynəlxalq minalardan təmizləmə Mərkəzinin mütəxəssisləri 2165 hektar ərazini, 657,3 km yolları, 1892 binanı, o cümlədən 30 sosial əhəmiyyətli obyekti partlamamış hərbi sursatlardan təmizləib, 25 640 partlayıcı predmet tapılıb və zərərsizləşdirilib", - deyə Rusiya MN-in məlumatında bildirilib.