9 İyul 2021 13:10
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında vəziyyətin nisbətən sabit qaldığını söyləyib.

Teleqraf.com xəbər verir ki, M.Zaxarova deyib:

“Ayrıca insidentlər dərhal azərbaycanlı və erməni həmkarlarla əməkdaşlıqda həll olunur. Rus sülhməramlılarına qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmır”.

M.Zaxarovaya görə, Moskva İrəvanla Bakı arasında etimadın gücləndirilməsinə və qarşılıqlı qıcıqlandırıcı halların aradan qaldırılmasına kömək etməyə hazırdır. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti isə Moskva Dağlıq Qarabağ nizamlanması ilə birbaşa əlaqələndirmir.

“Bu, sərhədin beynəlxalq hüquqi qeydiyyatının olmamasının nəticəsidir. Ümumi fon, əlbəttə, tərəflər arasında qarşılıqlı etimadın olmaması ilə daha da ağırlaşır”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər