Rusiya sülhməramlı kontingentinin hərbçiləri bir həftə ərzində Laçın dəhlizi vasitəsilə Qarabağa gedən və geri qayıdan 2000-dən çox nəqliyyat vasitəsinin təhlükəsizliyini təmin edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Leonid Stepanov qeyd edib ki, müşahidə məntəqəsinin şəxsi heyəti Laçın dəhlizində avtomobillərin və mülki əhalinin hərəkətinə nəzarət etmək üçün tədbirlər görür.
Hər gün iki yüzdən çox nəqliyyat vasitəsi Rusiya sülhməramlılarının postundan iki istiqamətdə keçir.
Açıqlamada bildirilib ki, son bir həftə ərzində sülhməramlı kontingentin nəzarət etdiyi ərazilərdə atəşkəs pozuntusu qeydə alınmayıb, rus hərbçilərinə qarşı heç bir təxribat davranışı qeyd olunmayıb.