17 Avqust 2021 00:39
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər tərəfindən dağıdılan kəndlər. Bura Zallar kəndinin ərazisidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib.

“Üçüncü yolu da onlar Cəbrayıldan salmaq istəyirdilər. O da yarımçıq qaldı. Onların arzuları onların gözlərində qaldı. Bizim evlər. Ermənilər tərəfindən dağıdılmış azərbaycanlıların evləri. Otuz il ərzində ermənilər bizim torpaqlarımızı ancaq istismar edirdi. Təbii sərvərtləri talayırdı, evlədi dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar, torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşməni məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”, - deyə dövlət başçısı qeyd edib.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər