Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, tərəflər danışıq zamanı Əfqanıstanda, o cümlədən BMT Təhlükəsizlik Şurası və G20 - Kreml çərçivəsində sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər.
Həmçinin söhbət əsnasında Ukraynanın cənub-şərqində gərginliyin davam etməsindən narahatlıq ifadə edilib.
Bununla yanaşı, Putin və Makron, ilk növbədə, ATƏT-in Minsk Qrupunun üzvləri kimi Qarabağ üzrə danışıqların aspektləri üzərində daha çox iş görməyə sadiq olduqlarını vurğulayıblar.