Rusiya Qarabağdakı separatçılara humanitar yük göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Məlumatda Rusiya sülhməramlı kontingentinin humanitar yükü Ermənistandan Qarabağa çatdırdığı deyilib.
Məlumata görə, bunlar məktəblərdə və uşaq bağçalarında içməli suyun saxlanması üçün lazım olan konteynerlərdir. Xüsusi yük məktəb və uşaq bağçalarına aparılacaq.
Məlumatda qeyd edilib ki, Qarabağın bölgələrində su təchizatının kəsilməsi ilə əlaqədar olaraq, Rusiya sülhməramlı kontingentinin komandanlığı ermənilərə yardımın göstərilməsi barədə qərar qəbul edib. Sülhməramlı kontingentinin hərbçiləri iki həftə ərzində 30-dan çox uçuş həyata keçirib, Xankəndində yaşayan ermənilərə 200 tondan çox içməli su çatdırıb.