11 Sentyabr 2021 20:15
2 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Xankəndinə qanunsuz yüklər daşıyan İrana cavab olaraq, daha kəsərli addımlar atmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İrandan Qarabağdakı erməni separatçılarına yüklərin daşınmasına diqqət çəkib:

“İrana verilən notaların faydası yoxdur, müəmmalı yüklər ərazimizə qanunsuz daşınmaqda davam edir. Tehran bizi saymırsa daha kəsərli addımlara ehtiyac var. Buna cavab olaraq, Qafan-Gorus yolu yenidən nəzarətə götürülməli, İranla ortaq layihələrin yenidən nəzərdən keçiriləcəyi bəyan edilməlidir. Eləcə də erməni separatçılarına yük daşıyan şirkətlər və onların rəhbərləri müəyyənləşdirilərək Azərbaycana girişləri qadağan olunmalıdır”.

Yenidən İrandan separatçılar üçün qanunsuz yüklərin daşınması haqda məlumat yayılıb. Məlumata görə, avqustun 11-dən bəri islam respublikasından Laçın dəhlizi vasitəsilə Xankəndinə 58 yük maşını daxil olub.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 11-də baş verənlərə görə İrana nota verib. İranın Azərbaycandakı səfiri XİN-ə çağırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər