“Müdafiə Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə Şəhid anaları və övladları İsa Bulağına səfər ediblər”.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter" səhifəsində paylaşım edib.
H. Hacıyev qeyd edib ki, səfər edənlərin arasında bu gün 9 yaşı tamam olan Əli Hacıyev də var: “Şəhid mayor Ramid Hacıyevin oğlu deyir ki, atamın sayəsində Şuşada ad günümü keçirirəm”.