25 Sentyabr 2021 12:19
6 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlı kontingentinin hərbçiləri 2020-ci ilin noyabr ayından etibarən 65 minə yaxın nəqliyyat vasitəsinin və 230 mindən çox şəxsin təhlükəsizliyini, ərzaq və müxtəlif malların Laçın dəhlizi ilə Qarabağa və əks istiqamətdə daşınmasını təmin ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Açıqlamada qeyd edilib ki, şəxsi heyət atəşkəs rejiminə riayət olunmasına və Laçın dəhlizi vasitəsi ilə nəqliyyat vasitələrinə hərəkətlərinə gecə-gündüz nəzarət edir:

“Şübhə doğurursa, hər bir nəqliyyat vasitəsi hərbçilər tərəfindən yoxlanılır. Keçid məntəqəsindən gündə təxminən 200 maşın keçir”.

Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin hərbçiləri planlı şəkildə pozuntuların və ehtimal olunan hücumların qarşısını almaq üçün planlı döyüş məşğələləri keçirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər