25 Sentyabr 2021 11:33
9 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda Ermənistan və Rusiya Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Rüstəm Muradov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandiri təyin edilib. Bu yaxınlarda missiyasını başa vurub, bundan sonra qısa müddətdə general-mayor Mixail Kosobokovla əvəz olunub.

İndi onun yerinə Gennadi Anaşkin keçir.

Gennadi Anaşkin 1968-ci ildə Kuybışevdə (indiki Samarada) anadan olub. Almaniyada həqiqi hərbi xidmət keçib. Daha sonra Ryazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. 1999-cu ilin dekabrından 2000-ci ilin avqustuna qədər keçmiş Yuqoslaviyada xidmət edib, burada Bosniya və Herseqovina Respublikasında sülhməramlı qüvvələrin tərkibində paraşüt-desant taboruna komandan olub.

Birinci və ikinci Çeçen müharibələrində Çeçenistana ezam edilib. 2007-ci ilin iyun ayından 104-cü Qvardiya Hava Desant Alayının komandanı olub.

Anaşkinin komandanlığı altında olan qrup 2008-ci ildə Cənubi Osetiyada hərbi əməliyyatlarda iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər