27 Sentyabr 2021 20:07
2 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərinin mina sahələrinin xəritələrini təhvil verməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) "Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri" mövzusunda məruzəçisi Paul Havan assambleyanın payız sessiyasında çıxışı zamanı deyib.

“Mina probleminin həlli çox vacibdir. Qarabağ zonası da dünyanın ən çox minalanmış bölgələrindən biridir. Bu yaxınlarda Ermənistanın xəritələrin bir qismini Azərbaycana təhvil verməsini müsbət qarşılayırıq, amma Ermənistan bütün xəritələri təhvil verməlidir”, - deyə Havan bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər