Oxşar xəbərlər
Ermənistanın Azərbaycanla sərhəddəki Tavuş əyalətində mina partlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Shamshanyan.com” məlumat yayıb.
Partlayış nəticəsində Berd rayonunun Çinari kənd sakini, 30 yaşlı Nver Makaryan xəsarət alıb. O, hərbi hospitala yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan ərazilərinə, habelə respublikamızın Ermənistanla sərhəddəki rayonlarına minalar ermənilər tərəfindən basdırılıb. Azərbaycan tərəfinin dəfələrlə tələbinə rəğmən, Ermənistan hələ də mina xəritələrini təhvil verməkdən imtina edir.