13 Oktyabr 2021 00:13
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı tərəflərin razılığı olarsa, Azərbaycanla Ermənistan arasında vasitəçi rolunda çıxış etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin bildirib.

“Azərbaycan və Ermənistan razılıq verərsə, Aİ danışıqlar prosesində vasitəçi olmağa hazırdır. Aİ həmçinin, sərhədlərin delimitasiyası və demarkasiyası prosesində də vasitəçi kimi çıxış etməyi arzulayır”, - deyə Viktorin qeyd edib.


Müəllif: Teleqraf.com