14 Oktyabr 2021 12:23
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda döyüş təlimi çərçivəsində 27 müşahidə məntəqəsində rus sülhməramlılarının hərtərəfli təlim keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlim zamanı hərbçilər mümkün pozuntuların, təxribatçı davranışların qarşısını almaq və müşahidə məntəqələrinə hücumları dəf etmək məşqlərini icra ediblər.

BTR-82A zirehli personal daşıyıcılar təlimlərə cəlb olunub.

Təlimdə Rusiya sülhməramlı kontingentinin minaatan ekipajları da iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu