14 Oktyabr 2021 23:38
2 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var:

"Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur".

Qeyd edək ki, Ermənistan ombudsmanı Arman Tatoyan Xocavənd rayonu Yenikənd istiqamətində 6 erməni əsgərin yaralandığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu təsdiq edib.


Müəllif: Teleqraf.com