15 Oktyabr 2021 11:13
12 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xankəndi və ətrafında yaşayan ermənilərin sayı hiss ediləcək səviyyədə azalıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Haraparaq” qəzeti məlumat yayıb.

Erməni nəşri müharibədən sonra bölgədəki ermənilər arasında ciddi demoqrafik böhranın yaşandığını bildirib:

“Qarabağda yerləşdirilmiş rus sülhməramlıları və Rusiya hakimiyyəti Qarabağdan kənara kütləvi axından son dərəcə narahatdır. Bölgədə sülhməramlıların yerləşdirilməsi başa çatıb. Amma indi məlum olur ki, Qarabağdakı ermənilərin sayı xeyli azalıb. Buna görə də, sülhməramlıların fəaliyyəti məsələsi havada qala bilər”.

Qəzet sülhməramlıların ermənilərin kütləvi şəkildə bölgədən getməsinin qarşısını ala bilmədiyini yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu