15 Oktyabr 2021 14:38
2 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya sülhməramlıları Qarabağda atəşkəs rejiminin qarantıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

“Rusiya sülhməramlı kontingenti əldə edilmiş atəşkəs rejiminin qarantıdır. Bizim köməyimizlə humanitar yüklərin çatdırılması həyata keçirilir, ərazilər minalardan təmizlənir və diqqətinizə çatdırmaq istəyirəm, hər iki tərəfdə, hər iki bölgədə - həm Azərbaycanda, həm də Ermənistanda həyat təminatı sistemləri bərpa olunur, əhaliyə tibbi yardım göstərilir, on minlərlə qaçqın, 52 mindən çox insan evlərinə qayıdıb”, - Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, MDB məkanı fikir ayrılıqları və ziddiyyətlər olmadan tamamlanmır:

“Bu ziddiyyətlərin MDB-nin ayrı-ayrı dövlətləri arasında kəskin münaqişələrə səbəb olması çox pisdir. Təəssüf ki, bunu keçən il Qarabağ ətrafında yaranmış vəziyyətdə gördük”.

Putin Rusiyanın münaqişəyə son qoyması verdikləri qiymətə görə MDB ölkələrindən olan həmkarlarına təşəkkürünü bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu