18 Oktyabr 2021 12:25
2 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının “İl-76MD” təyyarəsi vasitəsilə "Qarabağdan olan erməni ailələr" üçün İrəvana daha bir humanitar yük partiyası çatdırıb.

Teleqraf.com xəbər verir ki, humanitar yardımın xeyriyyə təşkilatları tərəfindən toplandığı iddia olunub.

Bu barədə isə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yükün həcminin 10 ton olduğu və Xankəndinə daşınması üçün Rusiya Müdafiə Nazirliyinin nəqliyyat vasitələrinə yükləndiyi deyilib.

Xankəndinə çatdırılacaq humanitar yükü daşıyan konvoyu Qarabağdakı Rusiya sülhməramlıların kontingenti müşayiət edib.


Müəllif: Mənsur Rəğbətoğlu