19 Oktyabr 2021 12:11
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan göndərilən 10 tondan çox humanitar yük Xankəndinə çatdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İrəvandan çıxan konvoyun Xankəndinədək Rusiya sülhməramlı kontingentinin hərbçiləri müşayiət etdiyi bildirilib.

Məlumatda qeyd edilib ki, Xankəndinə çatdırılan yükə ayaqqabı, paltar, məktəb ləvazimatları, məişət malları, qaz sobaları və s. daxildir. Malların qaçqınlara, çoxuşaqlı ailələrə, savaşda ölənlərin ailələrinə və məcburi köçkünlərə paylanılacağı deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu