25 Oktyabr 2021 17:07
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidə mövcud olan separatçı tör-töküntülərin qalıqları Azərbaycana bu dəfə rəsm əsərləri ilə əlaqədar yalvarmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu dəfə yalvarma haqqında separatçı rejimin sözdə “nazirlərindən” biri Lusine Karaxanyan tərəfindən gəlib.

Karaxanyan bildirib ki, I Qarabağ müharibəsi zamanı azərbaycanlı rəssamların təxminən 40 əsəri ermənilərin əlində qalıb. İndi separatçı qadın bu əsərləri Şuşanın işğaldan azad edilməsindən sonra şəhərdə qalan erməni, rus və fransız rəssamların rəsm əsərləri ilə dəyişdirmək istəyir.

Onun fikirlərindən belə çıxıb ki, daha çox Martirosa Sarıyan, Janna Qarzui və Jansemanın Azərbaycanın əlində olan əsərlərini istəyirlər.

Karaxanyanın sözlərindən belə çıxıb ki, bu haqda rus sülhməramlıların vasitəsilə Azərbaycan tərəfinə təklif göndərsələr də, onların təklifinə reaksiya verən olmayıb. Onlar I Qarabağ müharibəsi zamanı ələ keçirdikləri bizim rəssamların 40 rəsm əsərini indi erməni, fransız və ya rus əsərlərinə qarşılıq olaraq istəyirlər.

Amma Azərbaycan tərəfinin bu təklifə reaksiya verməməsi tam doğru yanaşmadır. Çünki Azərbaycan dövlətdir və separatçılarla nələrisə müzakirə etmir.


Müəllif: Nemət