Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı öz Tviter hesabında Füzuli Beynəlxalq Hava Limanından son görüntüləri paylaşıb.
Teleqraf.com xəbər verir ki, səfir fotolara "Füzuli Beynəlxalq Hava Limanı böyük gün üçün hazırdır" qeydini yazıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Füzuli aeroportunun açılışında iştirak edəcək.