26 Oktyabr 2021 14:18
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir il əvvəl rəşadətli Azərbaycan ordusu cənab prezidentin rəhbərliyi ilə Qubadlı rayonunu işğaldan azad etdi. Azərbaycan xalqı 30 ilə yaxın idi ki, bu torpaqların işğaldan azad olunmasını gözləyirdi. Qubadlının azad olunması ölkədə böyük sevinc və qürurla qarşılandı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistanla 170 km sərhədi olan Qubadlının bizim üçün çox böyük əhəmiyyəti var:

“Bu sərhəd uzun illər idi ki, ermənilər tərəfindən davamlı olaraq pozulurdu. Azərbaycan Ermənistanla bu istiqamətdə olan sərhədini özü təmin etmiş oldu. Qubadlı Laçın dəhlizinə gedən yolda yerləşir, tarixi abidələrlə zəngin bölgələrimizdən biridir. Burada çoxlu sayda məscidlər, mağaralar, ziyarətgahlar mövcuddur. Təəssüf ki, böyük bir qismi ermənilər tərəfindən dağıdılıb. Qubadlının həm turizm, həm kənd təsərrüfatı üçün böyük potensialı var. Ən sevindirici cəhətlərdən biri odur ki, cənab prezident və Mehriban xanım Qubadlıda səfərdə oldular.

Qubadlıda bir sıra yeni müəssisələrin açılışı oldu, təməli baş tutdu. Prezident və Mehriban xanımın Qubadlı ictimaiyyətinin nümayəndələri ilə çox məhsuldar və polemika əsasında görüşü baş tutdu. İnsanlar səbrsizliklə gözləyirlər ki, sürətlə davam edən quruculuq bərpa işləri başa çatdıqdan sonra onlar doğma torpağa qayıtsınlar. Prezident İlham Əliyevin dediyi kimi, biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq. Artıq proseslərin gedişatı da göstərir ki, o günə az qalır. Tezliklə öz yurdumuza qayıdacağıq”.


Müəllif: Aysel Azad