27 Oktyabr 2021 17:24
2 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin mətbuat katibi səfir İbrahim Kalın ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, Kalın və Sallivan arasında keçirilən görüşdə ikitərəfli əlaqələr, “F-35” və “F-16” məsələsi, qlobal iqlim dəyişikliyi, Əfqanıstan, Suriya, Liviya, Qarabağ, Yunanıstan, Şərqi Aralıq dənizi və digər regional gəlişmələr müzakirə edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında Qlazqo İqlim Sammiti çərçivəsində keçirilməsi planlaşdırılan ikitərəfli görüşün mövzuları və detalları da müzakirə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu