“Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı keçriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
“Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib ki, “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı 2022-ci ildə Bursada (Türkiyə-red), 2023-cü ildə isə Azərbaycanın mədəniyyət paytaxtı, azad Qarabağın qəlbi Şuşada keçiriləcək”, - deyə səfir vurğulayıb.
Qeyd edək ki, "Korkut Ata" (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb.
Eyni zamanda Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında nümayiş edilib.