17 Noyabr 2021 08:45
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edib.

Teleqraf.com xəbər verir ki, dövlət katibi Blinken bu barədə "Twitter" hesabında paylaşım edib.

"Ermənistan və Azərbaycan arasında döyüşlər barədə xəbərlər bizi narahat edir. Hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə işləməyə çağırırıq", ABŞ dövlət katibi bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər