30 Noyabr 2021 17:39
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Rusiyanın regional sülh və sabitliyi qorumaq səylərini alqışlayır.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən həftə Soçidə baş tutan üçtərəfli görüşünü şərh edərkən belə deyib.

Diplomat qeyd edib ki, Azərbaycan və Ermənistan Çinin dost tərəfdaşlarıdır:

“Çin səmimi şəkildə ümid edir ki, iki tərəf bir-biri ilə görüşəcək, fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll edəcək və regionda sülh və sabitliyi qorumaq üçün birlikdə çalışacaq”.


Müəllif: Səxavət