2 Dekabr 2021 20:38
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken İrəvan və Bakını humanitar məsələlərin həlli üçün aktiv dialoqa çağırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə cümə axşamı İsveç paytaxtında ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

“Biz Ermənistan və Azərbaycan hökumətləri arasında birbaşa dialoqun bərpasını alqışlayırıq. Biz tərəfləri humanitar məsələlərdə, o cümlədən saxlanılan şəxslər, minalardan təmizlənmə, itkin düşmüş şəxslər, beynəlxalq humanitar hüququn pozulması da daxil olmaqla iddia edilən insan hüquqları pozuntularının araşdırılmasında irəliləyiş əldə etməyə çağırırıq”, - ABŞ dövlət katibi bildirib.

E.Blinken daha sonra deyib:

“Və ümid edirəm ki, biz hamımız, o cümlədən Rusiya ilə birlikdə irəliləyişə davam etmək üçün birlikdə işləyə bilərik. Biz bütün tərəfləri sərhədlərin demarkasiyası və delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Dağlıq Qarabağın davamlı sülh yolu ilə nizamlanması üçün Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığın davam etdirilməsi kimi digər həll edilməmiş məsələləri həll etməyə çağırırıq”.

ATƏT-in Nazirlər Şurası dekabrın 2-3-də Stokholmda keçirilir. Onun işində üzv ölkələrin xarici işlər nazirləri iştirak edir. İclas çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün keçirilməsini istisna edilmir.


Müəllif: Səxavət

Oxşar xəbərlər