9 Dekabr 2021 16:24
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi, ehtiyatda olan kapitan Rizvan Hüseynovun Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalında ““Qarabağ mücrüsü”. Şuşa şəhərinin azad edilməsi üzrə hərbi əməliyyatın təhlili” adlı məqaləsi dərc olunub.

Teleqraf.com xəbər verir ki, geniş həcmli məqalədə Şuşa şəhərinin azad edilməsi üzrə hərbi əməliyyat təhlil edilib.

Rizvan Hüseynov yazır ki, bu məqalədə geniş auditoriyaya az məlum olan və ya heç məlum olmayan faktları qeyd etməklə Şuşa əməliyyatına qısa nəzər salmağa cəhd edilib.

Onun sözlərinə görə, bu, rus oxucuları üçün ilk belə təhlildir.

Müəllif qeyd edib ki, 2021-ci ilin iyulunda Şuşa əməliyyatı ilə bağlı “Şuşa şəhəri uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin itirilmiş dərsləri” adlı ingilis dilində məqalə dərc olunub. Məqalənin müəllifləri Müasir Müharibə İnstitutunun amerikalı hərbi ekspertləri Con Spenser və Harşana Qurxudur.

“Onlar şəhər döyüşlərinin mütəxəssisləri kimi Şuşa əməliyyatı ilə bağlı maraqlı təhlillər veriblər. ABŞ hərbi ekspertləri belə qənaətə gəliblər ki, Azərbaycan xüsusi təyinatlıları, artilleriya, mühəndis qoşunları, rabitə bölmələri və digər birləşmələr yüksək səviyyədə qarşılıqlı fəaliyyət və effektiv döyüş idarəetmə sistemi nümayiş etdirib. Bu, xüsusilə Şuşa uğrunda gedən şəhər döyüşlərində özünü xüsusilə parlaq nümayiş etdirib, burada yüngül silahlı Azərbaycan xüsusi təyinatlıları nəinki küçə-küçə azad ediblər, həm də Azərbaycan Ordusunun əsas qüvvələrinin yaxınlaşmasına bir neçə gün qalmış şəhərin müdafiəsini təmin edə biliblər. Qoy Şuşa əməliyyatının təhlilində üstünlük (пальма первенства) Müasir Müharibə İnstitutuna məxsus olsun, amma müəlliflər orada az məlum olan detallara toxunmayıblar. Şuşa əməliyyatının xronikasını və əsas məqamlarını rusdilli auditoriya üçün əlverişli rakursdan təqdim etməklə bu boşluğu doldurmağa çalışacağıq”, - deyə Rizvan Hüseynov məqalənin girişində yazır.

Məqalədə “Qarabağ mücrüsü” əməliyyatı iştirakçılarının şəxsi arxivindən, eləcə də Bakı Media Mərkəzindən bir sıra maraqlı fotolar əks olunub.

Dekabrın 8-də jurnalın saytında işıqlandırılan məqaləni bu linkə daxil olmaqla oxumaq mümkündür.

Qeyd edək ki, Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkodur.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər