30 Dekabr 2021 13:12
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il ərəfəsində Rusiyanın Şimal Donanmasının mahnı və rəqs ansamblının artistləri Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları və Ağdərədə yaşayan ermənilər üçün yeni il proqramı ilə çıxış ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ansamblın artistləri Qarabağdakı bütün 27 müşahidə məntəqəsində, eləcə də Laçın dəhlizindəki müşahidə məntəqələrində çıxış edəcək.

Əsgəran, Xocavənd və Ağdərədə yaşayan erməni ailələrini təbrik edəcək, uşaqlara hədiyyələr verəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu