30 ildir həll olunmayan Qarabağ münaqişəsinin keçmiş ilə qədər necə həll ediləcəyi ilə bağlı heç kimin təsəvvürü olmadığı halda problem 44 günlük müharibə nəticəsində həll olundu.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
"Heç kimin gözləmədiyi bir inkişaf oldu. Elə bir fürsət və şərait yarandı ki, Qafqazın ən əsas məsələsi bir anda həll olundu. Türk Hava Yolları İrəvana uçuşlara başlayıb. 30 ildən sonra Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi gedir", - deyə İ.Kalın qeyd edib.