Azərbaycan Baş Prokurorluğunun qondarma “Artsax”ın separatçı lideri Araik Arutyunyanın cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərarının elan edilməsi Xankəndidə çaxnaşma yaradıb.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, Araik Arutyunyanla bağlı Xankəndidəki narahatlıq separatçıların verdiyi açıqlamadan hiss edilir.
Separatçılar Araikin təhlükəsizliyini təmin ediləcəyi vədini versə də, ciddi narahatlıq yaşayırlar.
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu separatçı Araik Arunyanla bağlı istintaqın yekunlaşdığını və onun saxlanılması üçün addımların atılacağını elan edib.