24 Fevral 2022 18:43
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb.

Kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında müəyyən edilib.

Teleqraf.com-un məlumatına görə, İşçi qrupunun üzvü Zaur İsmayılov Trend-ə açıqlamasında bildirib ki, araşdırmalar zaman məlum olub ki, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqlar mövcuddur.

"Onlardan biri də Xocavəndin Edilli kəndindədir. Şahidlərin ifadələrinə əsasında məzarlığın aşkarlanması mümkün olmuşdur. İlkin məlumatlara görə, orda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var.

Dövlət Komissiyasında bəzi kütləvi məzarlıqların məlumatları var. GPRS koordinatlar müəyyən olunub. Orada dəfn olunan insanların sayı müəyyənləşib. Ardıcıl olaraq, ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da açılacaqdır", - deyə o əlavə edib.

Zaur İsmayılov bildirib ki, Füzuli rayonunun Seyidəhmədli kəndində keçmiş “Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə də məlumatlar da var. Həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər