"Azad edilən ərazilərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası aktualdır".
Teleqraf.com xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, hazırda Zaqatalada belə ərazinin yaradılması istiqamətində işlər davam edir: “Ölkənin müxtəlif istiqamətlərində bu cür ərazilərin yaradılması üçün araşdırmalar davam edir. İlkin olaraq yeni milli parklar və ya qoruqların yaradılması üçün bəzi versiyalar var”.