Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib.
Teleqraf.com-un məlumatına görə, D.Peskov deyib:
“Əsas odur ki, bütün tərəflər atəşkəs rejiminin icrasını təmin etsinlər. Bu sual bizim hərbçilərə verilməlidir, onlar Azərbaycan tərəfi ilə, Ermənistan tərəfi ilə təmasdadırlar. Və sözsüz indi əsas odur ki, bütün tərəflər müvafiq razılaşmaların şərtlərinə əməl etməyə davam etsinlər”.