29 Aprel 2022 11:10
2 994
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birləşmiş Ştatlar administrasiyası münaqişənin yenidən alovlanmasına səbəb olacaq addımların qarşısını almaq üçün Azərbaycan və Ermənistanla danışıqlar aparır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Konqresdəki çıxışında deyib.

Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə ondan Qarabağ ətrafındakı vəziyyətə münasibət bildirmək istənilib.

ABŞ dövlət katibi suala belə cavab verib:

“Bu, mənim çox fəal iştirak etdiyim bir məsələdir, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı. Dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla danışmışam, əminəm ki, heç kim münaqişənin yenidən başlanmasına gətirib çıxara biləcək hər hansı addım atmır, eyni zamanda uzunmüddətli siyasi həlli təşviq etməyə və dəstəkləməyə çalışır”.

Blinken əlavə edib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə də danışıqlar aparır.


Müəllif: Mənsur Rəğbətoğlu