31 May 2022 12:29
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük İkinci Qarabağ müharibəsində qaçaqmalçılıq yolu ilə Ermənistana döyüş sursatı keçirən 54 nəfər məhkəməyə verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Azərbaycanla müharibə zamanı Ermənistanda qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr və ya qurğular əldə etmə, oğurlama, daşıma faktları ilə bağlı hazırlanmış 756 materialdan 219-u ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.

Ötən dövr ərzində bu çərçivədə 54 nəfər təqsirli bilinərək məhkəməyə göndərilib.

Məhkəməyə göndərilmiş 29 iş üzrə 32 nəfər məhkum edilib. 13 iş üzrə 13 nəfərin məhkəməsi davam edir. Eyni zamanda, 60 cinayət işi üzrə ibtidai istintaqın davam etdiyi də deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər